Hüquq və vəzifələrimizi bilək
20 oktyabr - 20 noyabr "Uşaq hüquqları aylığı"çərçivəsində 5 noyabr 2024- cü il tarixində məktəbin UBTR-i və psixoloqu " Hüquq və vəzifələrimiz " mövzusunda əyləncəli qrup işi keçirdilər.
Əsas məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılmasıdır.
Tədbirdə uşaq hüquqları, uşaqların təhsil, sağlam mühitdə böyümə hüquqları, uşaqların vəzifələri haqqında şagirdlərə ətraflı məlumat verildi. 4b sinfində keçirilən əyləncəli tədbirdə şagirdlər uşaq hüquqlarına aid rəsmlər çəkib, öz fikirlərini vərəqdə qeyd etdilər.