Səməd Vurğunun “Muğan poeması”nda təbiətin təsviri və COP29-la əlaqələndirilməsi mövzusunda açıq dərsin təqdimatı
4 noyabr 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuriyeva Şəfa Xa sinfində “Muğan poeması” nda təbiətin təsviri və COP29-la əlaqələndirilməsi mövzusunda açıq dərsin təqdimatını keçirdi. Şagirdlər qruplara bölünərək şeirlər söylədilər, araşdırmalarını təqdim etdilər. Mövzunu müasir dövrdə yaşıllıq naminə görülən işlərlə əlaqələndirdilər. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri ilə, yaşadıqları Balaxanı qəsəbəsində olan yaşıllaşdırma ilə bağlı video çarx izlədilər. Müəllimə Nuriyeva Şəfa Azərbaycan milli kinolarımızdan təbiətlə bağlı fraqmentlər təqdim etdi. Məqsəd: Şagirdlərdə vətənə, onun təbiətinə sevgi yaratmaq idi.