Xarı bülbül rəsm dərnəyi “Yaşıl dünya naminə “ adlı rəsm sərgisi keçirmişdir.
Xarı bülbül rəsm dərnəyi “Yaşıl dünya naminə “ adlı rəsm sərgisi keçirmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılması ilə bağlı məlumat verilmiş, daha sonra bununla bağlı rəsmlər çəkilmiş və dərnək üzvləri Rəhimə İbrahimli ,Bətül Orucova,Əliyeva Fatimə ,Nuray Nuriyeva ,Mehriban Novruzova və Nurulu Ayşənin əl işləri sərgilənmişdir.