İşğaldan azad olunmuş Zəngilan və Qubadlı.
25 oktyabr tarixində məktəbin tarix müəllimi Həsənova Nəzakət tərəfindən VIIIb və VIIIÇ sinif şagirdləri arasında “Zəngilan və Qubadlının azad olunması” mövzusunda dəyirmi masa keçirilib. Müzakirəmizdə şagirdlərimiz Vətənimizin işğal olunmuş torpaqları və bu torpaqların azadlığı üçün canından keçən əsgərlərimiz haqqında geniş məlumat verib. Şagirlərimizlə qürur duyuruq.