"Təhlükəsiz informasiya mənbələri" adlı dərs keçirildi.
28 oktyabr tarixində reproduktiv sağlamlıq istiqamətində IX sinif şagirdləri ilə "Təhlükəsiz informasiya mənbələri" adlı dərs keçirildi.Dərs oğlanlar və qızlar üçün ayrılıqda təşkil olundu.Dərs etibarlı informasiya mənbələri,müxtəlif situasiyalarda əldə olunan informasiyanın təhlükəsizlik kriteriyaları mövzusunu əhatə edib.Məktəbin psixoloqu Könül İbrahimova dərs prosesində yeniyetmə oğlan və qızları maraqlandıran sualları cavablandıraraq onlarla birgə müzakirə aparmışdır.