"Təbiət tarixi"muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Ekologiya ayı ilə əlaqədar  25 oktyabr tarixində məktəbin VIII və IX sinif şagirdlərinin "Təbiət tarixi"muzeyinə ekskursiyası təşkil olunmuşdur. Təbiətin əsrarəngiz  biomüxtəlifliyini, fərqli yataqlardan əldə edilmiş mineralları, təbii birləşmələri, müxtəlif bitki və heyvan qalıqlarını özündə əks etdirən muzey şagirdlərin marağına səbəb oldu. Müəllimlər  Mustafayeva Mahirə, Həsənquliyeva Vüsalə və Cəfərova Nüşabə canlıların təbiətdəki rolundan,ekosistemin qorunmasında onların hər birinin əhəmiyyətindən,təbii yataqlardan əldə olunmuş müxtəlif birləşmə və filizlərin insan həyatına təsirindən danışaraq şagirdləri məlumatlandırdılar. Eksponatlar və herbarilərlə zəngin muzeydən şagirdlər xoş və dünyagörüşləri üçün faydalı təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi