Reproduktiv Sağlamlıq istiqamətində "Mən və mənim əhatəm" adlı dərs
24 Oktyabr tarixində reproduktiv sağlamlıq istiqamətində VIII sinif şagirdləri ilə "Mən və mənim əhatəm" mövzusunda dərs keçirildi.Dərs oğlanlar və qızlar üçün ayrı-ayrı təşkil edildi.Dərs dostluq münasibətləri, dostluğun onlar üçün əhəmiyyəti, sosial əlaqələri əhatə edirdi. Məktəbin psixoloqu Könül İbrahimova uşaqlarla yeniyetmələr arasında qurula biləcək dostluq münasibətləri və sərhədləri barədə müzakirə apardı.