“Ekologiya aylığı” çərçivəsində tədbir keçirildi

     Məktəbin kitabxanasının Aylıq fəaliyyət planına uyğun olaraq,  Ekologiya aylığı çərçivəsində COP-29 tədbiri ilə əlaqədar olaraq   “Ədəbiyyatımızda və incəsənətimizdə təbiət və ekologiya” movzusunda tədbir keçirildi.

     Şagirdlər Azərbaycan ədəbioyyatında təbiət və ekologiya mövzusu”, Qarabağda ekoloji terror, Musiqimizdə təbiət mövzusu, Rəssamların yaradıcılığında təbiət mövzusu, Ekologiyamızı necə qoruyaq?  Yaşadığımız ərazinin dünəni və bu günü mövzularında çıxışlar etdilər, şairlərin yaradıcılıqlarından şeirlər söylədilər. Məktəbin “İnci” xor qrupunun çıxışı tədbirə xüsusi rəng qatdı.

Məktəbdə müəllim və şagird  kollektivinin birgə əməkdaşlığı  ilə ekoloji güşələrin hazırlanmasında kitabxanadan götürülmüş vəsaitlərdən də istifadə edildi. Məktəbin kitabxana müdiri Nərminə Məmmədova tədbirin təşkilinə yaxından dəstək olmuşdur.

    Sonda məktəbin direktoru Faiq Məmmədov ekologiyanın qorunması və yaşıl dünya naminə şagirdlərə öz tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi