"Biz təbiəti qorumalıyıqmı?" adlı debat dərs keçirildi.

      23 oktyabr tarixində məktəbin biologiya müəllimi Maxsudlu Maxsudun  təşkilatçılığı ilə 8A və 8D sinifləri arasında "Biz təbiəti qorumalıyıqmı? " debat dərsi keçirildi. Debat dərs  Elm və Təhsil Nazirliyinin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar tədbirlər planın icrasına əsaslanmışdı. Şagirdlər iki qrupa bölündülər. Debat dərsdə bir qrup şagird təbiətin qorunmasına ehtiyac olmadığını, digər qrup şagirdlər isə təbiətin qorunmasının əhəmiyyətindən danışdılar. Maxsud müəllim mövzu ilə əlaqədar ətraf mühitin qorunması, suyun çirklənməsi, torpağın çirklənməsi, alternativ enerji mənbələri və biomüxtəlifliyin qorunması haqqında slayd və videoçarx təqdim etdi. Həmçinin tədbirdə ölkəmizdə olan ekoloji vəziyyət, ermənilərin Qarabağda törətdiyi ekoloji terror və dövlətimizin bununla bağlı gördüyü işlərdən danışdı.

     Sonda COP 29 - un ölkəmizdə keçirilməsi və bu tədbirin əhəmiyyətindən danışıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi