“Yaşıl dünya naminə təkrar emal”
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - "COP 29"-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. 17oktyabr tarixində məktəbimizin 4c sinif şagirdləri, Həsənova-Əzizova Nigar müəllimin rəhbərliyi ilə “Yaşıl dünya naminə təkrar emal” mövzusunda maarifləndirici tədbir keçirilmişdirlər. Tədbirin keçirilməsində əsas məqsəd təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Alüminium, mis, plastik, kağız, kauçuk, şüşə, elektron tullantıları kimi materialların yenidən istehlak prosesinə daxil edilməsi təbii ehtiyatların tükənməsinin qarşısını almaqdır. İstifadə olunmuş kağızın təkrar emalı hava və su çirklənməsini azaltdığı kimi yeni ağacların kəsilməsini də ciddi dərəcədə ortadan qaldırır. Bir ton tullantı kağızın yenidən emal edilməsi edilməsi 8 ağacın kəsilməsinin qarşısını alır. 4c sinif şagirdləri məktəbimizdə məişət tullantılarının çeşidlənməsi bağlı guşə hazırlamışdırlar.Guşədə müxtəlif növ məişət tullantı nümunələri nümayiş olunmuşdur.Təkrar emal gələcək nəsillərin dünya təbii ehtiyatlarından faydalanmasına imkan yaradacaqdır.