Lazımsız əşyalardan hazırlanan əl işləri
Məktəbin 4a ibtidai sinif şagirdləri oktyabr ayının 16-da tullantılardan maraqlı əl işləri hazırlayıblar. Onların əl işləri sinif guşəsində saxlanılıb. Şagirdlər butulkadan dibçək,quş yuvası, qələm qabı, qrafin, təyyarə, quyu, kartondan pul qabı, qapaqdan dəyirman, vərəqdən yelpik, yarpaqlardan kirpi və qız şəklini düzəldiblər.
İbtidai sinif müəllimi Mətanət Əliyeva tullantılardan əl işlərinin hazırlanması, ətrafımızın təmizliyi haqqında tərbiyəvi söhbət apardı. O, ətraf aləmin təmizliyinin yaşıllığımıza təsirindən danışaraq COP29-a inteqrasiya etmiş və şagirdlərə təbiətimizin qorunmağının vacibliyini vurğulamışdır.