Təhlükəsizlik tədbirləri ilə bağlı görüş

     16.10.2024- cü il tarixdə məktəbdə bir qrup valideyn icması ilə direktoryanı müşavirə keçirildi. Məqsəd Bakı Şəhəri üzrə Təhsil idarəsinin cari məsələ ilə bağlı təlimatının icrasını həyata keçirmək və məktəbdə təhlükəsiz mühitin daha da gücləndirilməsinə nail olmaq idi.

      Məktəbin direktoru Faiq Məmmədov iclası açıq elan etdikdən sonra Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin cari məsələ ilə bağlı əmri və BŞTİ-nin sözü gedən məsələ ilə bağlı məktubunun mahiyyətini valideynlərin nəzərinə çatdırdı.

     “Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə” məktəb direktorunun müvafiq əmri və tədbirlər planı da valideynlərin diqqətinə çatdırıldı.

     Valideynlərə xüsusi olaraq çatdırıldı ki, övladlarının tərbiyəsi ilə ciddi məşğul olsunlar, onların “oturub-durduğu uşaqlar” barədə məlumatlı olsunlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi