11 Oktyabr Beynəlxalq Qızlar Günü
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. 11 oktyabr tarixində Həsənova-Əzizova Nigar müəllim 4c şagirdləri ilə Beynəlxalq Qızlar Günü haqqında söhbətlər aparıb. Bu günün tarixi haqqında uşaqlara məlumatlar verilib. Uşaqlara Hüseyn Cavidin "Qızlar məktəbində" şeiri səsləndirilib. Hacı Zeynalabdin Tağıyevin Qızların həyatında təhsilin rolunun necə mühüm olduğundan söhbət açılıb. Sonda sinif qızlarının təqdimatında foto şəkillər nümayiş etdirilib.
Qızlarımızı güclü və özünə inamlı böyüdək.