Şagirdlərimiz 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində

       Məktəbin şagird kollektivi 07.10.2024-cü il tarixində Ekologiya ayı çərçivəsində , Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin keçirildiyi Bakı Ekspo Mərkəzində ekskursiyada oldular. Sərgidə 18 ölkədən, dünyanın 56,  Azərbaycanın 100-ə yaxın nəşriyyatı iştirak edirdi.

     Məqsəd şagirdlərə kitabı sevdirmək, mütaliəyə marağı artırmaq, mütaliə mədəniyyəti formalaşdırmaqdır .Şagirdlər yerli və xarici yazıçı , şair və onların əsərləri ilə tanış oldular , təqdimat zonalarında seminarda iştirak etdilər.Sərgidə təşkil olunan əyləncə dəqiqələri, aktual mövzular üçün kitab təqdimatları, konfranslar, müsabiqə və qiraət saatları şagirdlərin marağını oxşadı. Şagirdlər kitablar la tanış olub, sevdikləri kitabları əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi