Məktəbəqədər hazırlıq qruplarında ilk dərslər.

01.10.2024-cü il tarixində  məktəbin 4-cü sinif müəllimləri məktəbəqədərhazırlıq qrupunun körpə balalarını qarşıladılar. Məktəbin direktoru Faiq müəllim Məmmədov və ibtidai siniflər üzrə direktor müavini Ə.Aida sırada muncuq kimi düzülən körpələri xoş gün münasibəti ilə təbrik etdilər, onlara uğurlar arzuladılar.

Tanışlıqdan sonra "ilk dərs" gününün sevinci ilə gələn uşaqlarla yanaşı həyəcanla ağlayan körpələrin göz yaşlarını silən müəllimlərimiz şagirdləri məktəbə alışdırmaq üçün onlarla maraqlı söhbətlər etdilər. Məktəbə necə hazırlıq gördüklərini, hansı ləvazimatlardan istifadə edəcəklərini müzakirə etdilər, ağıllı lövhədə mövzu ilə bağlı şəkillər, videolar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi