Anım Günü ilə bağlı dəyirmi masa keçirildi
27 sentyabr- Anım Günü ilə bağlı məktəbin UBTR Salmanova Pərvanə və tarix müəllimi Səfərova Rumiyyənin təşkilatçılığı ilə Vllla sinfində dəyirmi masa keçirildi. Tədbirin əsas məqsədi Vətən Müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarət idi. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərə qəhrəman Vətən oğullarının keçdikləri şərəfli döyüş yolu barədə məlumat verildi. Daha sonra şagirdlər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, xalqımızın möhkəm birliyi, güclü iradəsi, ordumuzun şücaəti və şəhidlərimizin qanı bahasına qazandığımız "Zəfər yolu" haqqında müzakirələrə qoşuldular. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır! Vətən var olsun!