İlk dərslər "Yaşıl dünya həmrəylik ili" ilə əlaqədar keçirildi
16.09.2024 -cü il tarixində məktəbin ibtidai siniflərində dərslər "Yaşıl dünya həmrəylik ili" ilə əlaqədar keçirildi. Bəzi siniflərdə şagirdlər mövzuya aid şəkilləri rəngləməklə, digər siniflərdə ətraflı müzakirə etməklə, fikirlərini, öyrəndiyi məlumatları essedə əks etdirməklə yaşıllığın bütün canlılar üçün faydasını daha dərindən öyrənmiş oldular. Kartondan, rəngli kağızlardan müxtəlif meşə, yaşıllıq maketləri hazırlamışdılar. Şagirdlər oksigen mənbəyimiz olan meşələri artırmağın, çoxlu ağaclar əkməyin vacib olduğunu nəzərə çatdıran slaydlara baxdılar. Onlar öz həyətyanı sahələrində, yaxın ərazilərdə ağaclar, güllər əkərək təbiətə töhfə verəcəklərinə söz verdilər.