Bilik günü
16.09.2024-cü il tarixində məktəbdə 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar “Bilik Günü” qeyd edildi. Tədbiri məktəbin direktoru Faiq Məmmədov açıq elan etdi. 2024/2025-ci tədris ilinin qəbul nəticələri şagird və valideyinlərin diqqətinə çatdırıldı. Şagirdlər rəhbərlik tərəfindən yeni tədris ili münasibətilə təbrik edildilər. Bu il ölkəmizdə keçiriləcək irimiqyaslı “COP-29”-Yaşıl dünya naminə tədbirlərlə bağlı şagirdlərə məlumat verildi. Məktəbdə ilk dərslərin “Yaşıl dünya naminə həmrəylik” adı altında keçiriləcəyi bildirildi. Daha sonra direktor müavinləri, müavinlər şagirdləri təbrik etdilər.