Pedaqoji Şura keçirildi

  25.06.2024-cü il tarixində 2023/2024-cü tədris ilinin sonuncu pedaqoji şura iclası keçirildi. İclasın gündəliyində duran əsas məsələlər:  Tədris ilinin sonuna aid hesabatların dinlənilməsi, buraxılış imtahanlarının nəticəsinin müzakirəsi, tədris ili ərzində keçirilən monitorinqlərin nəticələrinin müzakirəsi, yay tapşırıqlarının verilməsi və s. Bundan başqa cari məsələlərin də müzakirəsi aparılmışdır. Müəllimlərin Sertifikasiya imtahanına da toxunuldu və uğur qazanan müəllimlər məktəb rəhbərliyi tərəfindən təbrik edildi. Müəllimlər müzakirə edilən məsələlərlə bağlı öz münasibətlərini bildirdilər. Sonda bütün pedaqoji kollektivə yay məzuniyyətinə getdikləri üçün uğurlar və can sağlığı arzulandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi