“Son zəng” tədbiri keçirildi

  14 iyun 2024 cü il tarixində 69 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Məzunlar səhnəyə dəvət olunduqdan sonra məktəbin direktoru Faiq Məmmədov tədbiri açıq elan etdi. Azərbaycan Respubkikasının dövlət himni səsləndikdən sonra vətənimizin azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəb rəhbərliyi və müəllimlər məzunlara öz ürək sözlərini bildirdilər. Məzunların hazırladıqları səhnəciklər xüsusi maraq doğurdu. Tədbirdə valideynlər və şəhid ailələri də iştirak edirdilər.

“Son zəng” tədbiri Elm və Təhsil Nazirliyinin təlimatına uyğun olaraq 10-00 da balayıb,12-00 da başa çatdı.

Məzunları təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi