Müstəqillik günü ilə əlaqədar IX siniflər arasında intellektual yarış keçirildi
25.04.2024-cü il tarixində məktəbin tarix müəllimi Əsgərli Xəyalə tərəfindən Müstəqillik günü ilə əlaqədar IX siniflər arasında intellektual yarış keçirilmişdir. Yarışın keçirilməsində məqsəd şagirdlərə müstəqillik tarixi və keçmişini mənimsətməkdir. Kahoot platformasında keçirilən yarışmada şagirdlər fəallıq göstərib. Qalib IXb sinifinin “Azərbaycan” komandası olmuşdur. Məktəbin direktoru Faiq Məmmədov tərəfindən qalib komandaya kubok təqdim olunmuşdur.