Kimya fənindən açıq dərs keçirildi
BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasının bu il Azərbaycanda keçirilməsi ilə əlaqədar aparılan işlərə dəstək olaraq şagirdlərin maarifləndirilməsi istiqamətində 24.04.2024-cü il tarixində məktəbin X sinif şagirdləri ilə Kimya fənindən açıq dərs keçirilib. Fənn müəllimi Quliyeva Minayə şagirdlərə Neftin emalı və bu zaman ayrılan qazların yanma məhsullarının atmosfer havasında miqdarının azaldılması yollarında ölkəmizdə aparılan işlərlə bağlı məlumat verib. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan işlərlə bağlı məlumatlar şagirdlər tərəfindən maraqla dinlənilib.