“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaşıllaşdırma

  BMT-nin iqlim dəyişikliyi konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcəyi ilə əlaqədar, həmçinin cənab İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar keçiriləcək tədbirlər planına uyğun olaraq təbiəti qorumaq, atmosferdə karbon qazının miqdarının azaldılması, yaşıllıqların artırılması istiqamətində görülən işlərə Bakı məktəbləri də öz töhfəsini qatıb. 24.05.2024-cü il tarixində Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi 69 nömrəli məktəbin müəllimləri Həsənquliyeva Vüsalə, Cəfərova Nüşabə, Xıdırova Zərifənin təşkilatçılığı ilə V, VI, VII sinif şagirdləri məktəbin həyətyanı sahəsində müxtəlif gül və bitkilər əkməklə, atmosfer havasının təmizlənməsində öz kiçik köməkliklərini göstərmiş, eyni zamanda abadlıq işləri görməklə təbiətə böyük bir töhfə verdilər. Məqsəd bitkilərin həyatımızda və sağlamlığımızda yeri barədə şagirdlərin məlumatlandırılmasından ibarətdir.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi