Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya

  18.05.2024-cü il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı İsmayılova Yeganə və məktəbin coğrafiya müəllimi Mustafayeva Mahirənin təşkilatçılığı ilə Va, Ve, VIIc sinifinin şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya edildi. Muzeyin bələdçisi muzeydəki eksponatlar haqqında şagirdlərə ətraflı məlumat verdi. Sonda Ustad dərsində şagirdlər Şəki xan sarayının şəbəkə üsulunun imitasiyası rəsmini boyalar vasitəsilə rənglədilər. Ekskursiyanın təşkil edilməsində əsas məqsəd Milli-mənəvi və mədəni dəyərlərimiz haqqında şagirdlərin dünyagörüşünü artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi