“Ekoloji piramida nədir” mövzusunda açıq dərs
08.05.2024-cü il tarixində “Biologiya aylığı” çərçivəsində VId sinifində məktəbin biologiya müəllimi Maxsudlu Maxsudun təşkilatçılığı ilə “Ekoloji piramida nədir” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə mövzunun keçirilməsində slaydlardan istifadə olundu. Şagirdlər qruplara bölünüb onlara verilən tapşırıqları icra etdilər. Qrup işləri təqdim olunduqdan sonra mövzu əsasında müəllimin izahı və mühazirələr oldu.