"Naqillərin ardıcıl birləșməsi" mövzusunda açıq dərs
07.05.2024-cü il tarixində “Fizika aylığı” çərçivəsində məktəbin fizika müəllimi Xıdırova Zərifənin təşkilatçılığı ilə VIIIa sinif șagirdlərinən fizika fənnindən açıq dərs keçirildi. Dərsin mövzusu "Naqillərin ardıcıl birləșməsi"dir. Dərs qruplarla aparıldı. Qrup işi təqdim olundu, təcrübə aparıldı, mövzuya uyğun videorolik nümayiş etdirildi. Dərsdə şagirdlərin bilik və bacarıqları qiymətləndirildi. Dərs çox maraqlı və öyrədici keçdi.