"Əbədiləşən ömür yolu" adlı tədbir keçirildi

  07.05.2024-cü il tarixində məktəbdə Ümumilli, Əbədiyaşar lider  Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar "Əbədiləşən ömür yolu" adlı tədbir keçirildi.

10 may xalqımızın ümummilli lideri görkəmli siyasi xadim, Azərbaycan xalqının həyatında danılmaz xidmətləri olmuş Heydər Əliyevin dünyaya göz açan günüdür. Məktəbin UBTR-i Pərvanə Salmanovanın hazırladığı tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edirdi. Tədbirdə dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan, öz həyatını doğma xalqına həsr etmiş liderin həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açıldı. Şagirdlər əbədiyaşar liderə həsr olunmuş şeirlər, mahnılar söylədilər.

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq. Hörmətlə anırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi