Peşə təhsili istiqamətində görüş
02.05.2024-cü il tarixində məktəbdə buraxılış imtahanında zəif nəticə toplamış şagirdlərlə görüş keçirildi. Məqsəd peşə istiqamətli təhsilin önəmini və zəruriliyini şagirdlərin nəzərinə çatdırmaq və bu istiqamətdə şagirdlərlə maarifləndirici söhbətin aparılması idi. Məktəbin direktoru Faiq Məmmədov Peşə təhsilinin istiqamətində şagirdlərə tövsiyələr verdi və peşə ixtisaslarıyla bağlı müxtəlif misallar çəkdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Raziyə Məmmədova və məktəbin psixoloqu Könül İbrahimova peşə təhsiliylə bağlı tövsiyə və təkliflərini şagirdlərin diqqətinə çatırdılar.