Qohumlararası nigahların fəsadları
29 aprel tarixində məktəbin psixoloqu Könül İbrahimova və həkimi Rüxsarə Quliyevanın təşkilatçılığı ilə Reproduktiv sağlamlıq istiqamətində IX sinif şagirdləri ilə növbəti maarifləndirici dərs keçirildi. Məşğələnin mövzusu "Qohumlararası nigahların fəsadları" olub. Məşğələ müddətində şagirdlər qohumlararası nigahların səbəbini aydınlaşdırıb yarana biləcək fəsadları şərh etdilər.Eyni zamanda qohumlararası nigahların qarşısının alınması üçün həll yolları təklif etdilər.