“Milli-mənəvi dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində Qobustan tarixi muzeyinə ekskursiya

   “Milli-mənəvi dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində 28.04.2024-cü il tarixində məktəbin müəllimlərinin təşkilatçılığı ilə şagirdlər Azərbaycanın qədim tarixini özündə əks etdirən Qobustan tarixi muzeyinə ekskursiya etdilər. Məqsəd asudə vaxdlarını səmərəli keçirilməsi, Qədim Azərbaycan xalqının tarixi haqqında şagirdləri maarifləndirməkdir. Muzeyin daxilində qarşılaşdıqları əsrarəngiz mənzərələr, qayaüstü təsvirlərin əksi, tülkü, maral kimi canlıların heykəlləri, qədimdə insanların məşğuliyyəti, adətlərinə aid maketlər, arxeoloji qazıntılar nəticəsində tapılmış heyvanların sümükləri və əmək alətlərinin, gil qabların qırıqları şagirdlərin böyük marağına səbəb oldu. Qədim Azərbaycan xalqının çəkdiyi Qobustan qayalarının üzərindəki müxtəlif şəkillər incəsənətin qədimliyindən xəbər verir. Şagirdlər qədim xalqımızın musiqi aləti olan qavaldaşı ilə tanış oldu. Pakistan xalqının nümayəndələrindən bir neçə turistin Yallı rəqsini ifa etməsi şagirdlərimizi heyran etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi