“Qum hamamı” və Xalça sərgisinə ekskursiya
25.04.2024-cü il tarixində məktəbin Ia sinif müəllimi Novruzova Samirənin təşkilaçılığı ilə şagirdlər Balaxanı qəsəbəsində yerləşən Xalça sərgisinə ekskursiya etdilər. Şagirdlər xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış oldular. Ekskursiya zamanı şagirdlərə milli mədəniyyətimizin mühüm bir hissəsi olan Azərbaycanda zəngin xalçaçılıq ənənələri və tarixi haqqında K.Səkinə xanım tərəfindən geniş məlumat verildi. Eləcə də Bakının Balaxanı qəsəbəsində yerləşən, XIV əsrə aid olduğu ehtimal edilən “Qum hamamı” bir çox özəlliyi ilə dövrünün digər hamamlarından fərqlənir. Adının “Qum hamamı” olması isə onun əsas hissəsinin torpağın altında tikilməsi ilə əlaqəlidir. Bu barədə şagirdlərə ətraflı məlumatlar verildi. Ekskursiyaların təşkilində məqsəd şagirdlərin yüksək milli-mənəvi və mədəni dəyərlərimiz barədə biliklərini artırmaq və onların dünyagörüşünü genişləndirməkdir.