“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi" layihəsi çərçivəsində tədbir keçirildi

  “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində Məktəblərdə Məhəmməd Füzuli ayı layihəsi çərçivəsində 24.04.2024-cü il tarixində Təşkilatçı Yeganə İsmayılova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfa Nuriyevanın təşkilatçılığı ilə tədbir keçirildi.

Tədbirdə məktəbin X-XI sinif şagirdləri Məhəmməd Füzulinin “Leyli və Məcnun" əsərindən "Anasının Leyliyə nəsihəti”, “Leyli və Məcnunun yazılması haqqında”, “Şikayətnamə” əsərləri şagirdlər tərəfindən səhnələşdirildi. Daha sonra şagirdlər M. Füzulinin “Olmaz”, “Məni candan usandırdı”, “Canı vermə qəmi eşqə ki”, “Söz”, “Əql yar olsaydı” qəzəlləri şagirdlər tərəfindən səsləndirildi. Tədbirdə müəllimlər və şagirdlər Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzuli haqqında fikirləri, “Vətənim" romansını və muğam sənətkarlarının ifasını dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi