"Dahi söz ustadımız" adlı tədbir keçirildi

  "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq "Məktəblərdə Məhəmməd Füzuli ayı" çərçivəsində tədbirlərimiz davam edir .

Bu məqsədlə 23.04.2024- cü il tarixində məktəbin UBTR- i Pərvanə Salmanova-və Azərbaycan dili və ədəbiyyat müəllimi Məhsəti Hümbətovanın təşkilatçılığı ilə VIII sinif şagirdlərinin iştirakı ilə "Dahi söz ustadımız" adlı tədbir keçirildi. Tədbirin əsas məqsədi Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli söz ustadımız Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs etmək, Azərbaycan bədii dilini zənginləşdirərək yeni zirvəyə yüksəltməsini vurğulamaq idi. Şagirdlər bir daha anladılar ki, hərtərəfli biliyə malik olan mütəfəkkirimizin həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideyalarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi, Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz, mənəvi sərvətlərdən biridir. Şagirdlər tədbirin sonunda M. Füzulinin həyat və yaradıcılığını özündə əks etdirən filmə tamaşa edərək gəldikləri nəticəni müzakirə etdilər. Eləcə də məktəbimizdə M.Füzuli irsinin öyrənilməsi məqsədilə aşağı sinif şagirdlərini əl işlərindən ibarət olan sərgiyə baxışını təşkil edib, onların öz fikirlərini bölüşmısinə şərait yaratdıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi