Xalça muzeyinə ekskursiya

  Hər bir xalqın öz tarixi, adət-ənənələri, milli-mənəvi və dini dəyərləri vardır. Biz öz milli-mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb, qoruyub saxlayıb. Bunlar indi xalqımızın mənəviyyatını təşkil edən amillərdir, milli ideologiyamızın - azərbaycançılığın mühüm tərkib hissəsidir.

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

21.04.2024-cü il tarixində məktəbin IIa sinif şagirdləri Xalça muzeyində ekskursiyada oldular. Məktəblilər muzeydəki eksponatlar, müxtəlif ekspozisiyalar və Azərbaycanın ayrı-ayrı bölgələrinə aid klassik xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış oldular. Ekskursiya zamanı şagirdlərə milli mədəniyyətimizin mühüm bir hissəsi olan Azərbaycanda zəngin xalçaçılıq ənənələri və tarixi haqqında geniş məlumat verildi, məktəblilərin sualları cavablandırıldı.

Bu cür ekskursiyaların təşkil edilməsində əsas məqsəd məktəblilərin xalqımızın zəngin mədəniyyəti, yüksək milli-mənəvi və mədəni dəyərləri barədə biliklərini artırmaq və onların dünyagörüşünü genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi