“Mənəvi Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya

  20.04.2024-cü il tarixində “Mənəvi Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbin şagirdləri Abşeron yarmadası Məmmədli kəndi Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşlar. Şagirdlər Azərbaycanda təbii yanan odların və Zərdüştlüyün tarixini öyrənmiş, qoruq ərazisində qapalı müasir muzeyi və açıq səma altında Kompleks daş sərgisini ziyarət etmişlər. Onlar təkcə “Yanardağ” ın möcüzəsi olan dağın yamacından qalxan alov dilimlərini deyil, “Qurd darvazası” adlı mağara ilə də tanış olmuşlar.

Məqsəd şagirdlərə Azərbaycan tarixini və coğrafiyasını öyrətmək, milli-mənəvi dəyərlərimizi qorumağı maarifləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi