"Məhəmməd Füzilinin 530 illiyi" çərçivəsində M.Ə.Sabir adına kitabxanada maarifləndirici dərs

  Dahi Azərbaycan şairi Məhəmməd Füzilinin 530 illiyinin qeyd edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə əsasən 18.04.2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuriyeva Şəfa məktəbin VIII sinif şagirdlərini Balaxanı qəsəbəsi M.Ə.Sabir adına kitabxanaya aparmış, Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə ətraflı şəkildə tanış etmişdir. Müəllim tərəfindən şagirdlərə ətraflı məlumat verilmiş, şairin ədəbi irsindən nümunələr səsləndirmiş və izahları, mövzu və ideyaları şagirdlərə çatdırmışdır. Məqsəd şagirdləri Məhəmməd Füzuli yaradıcılığı ilə ətraflı məlumatlandırmaq, ədəbiyyata, şeirə maraq yaratmaq və sevdirməkdir. Şagirdlər sonda Füzuli yaradıcılığı ilə bir daha tanış olmaları və əlavə məlumat öyrəndiklərini söyləmişlər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi