Məhəmməd Füzulinin-530 illiyi qeyd olundu

  Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Bu məqsədlə 17.04.2024-cü ildə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aida Əliyeva və məktəbin kitabxana müdiri Nərminə Həmidovanın təşkilatçılığı ilə VIIIa sinifinin şagirdləri ilə birlikdə “Füzuli dünyası” adlı altında tədbir keçirildi.Tədbirdə məqsəd məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirməkdir. Şair Məhəmməd Füzulinin həyat və yaradıcılığı 3 dildə yazıb-yaratdığı əsərləri “Söz” qəzəli və onun ideya-bədii xüsusiyyətləri haqqında təqdimatlar etdilər. “Leyli və Məcnun” poemasından “Anasının Leyliyə nəsihəti və Leylinin anasına cavabı”  İsmayılova Aysu və Paşayeva Aydan tərəfindən səhnələşdirildi.  

“Məni candan usandırdı” qəzəli və ona bəstələnmiş “Şəbi-hicran” musiqisi səsləndi. Şagird Əliyev Muhəmməd kamançada Füzulinin “Vətənim” qəzəlinə bəstələnmiş musiqini ifa edi. Şagirdlər tərəfindən Füzulinin həyat və yaradıcılığını əks etdirən videogörüntülər nümayiş etdirildi. Sonda məktəb direktoru Faiq Məmmədov Füzuli irsini dərindən öyrənməyi, sevməyi və gələcək nəsillərə ötürməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi