"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində IV siniflərdə anket sorğu keçirildi
16.04.2024-cü il tarixində IV sinif şagirdləri arasında onların ekologiya və ətraf mühitə münasibətlərini aydınlaşdırmaq və dəyərləndirmək, onlarla ekoloji maarifləndirmə işinin necə aparıldığını müəyyən etmək məqsədilə anonim anket sorğu aparıldı.
Şagirdlər sorğuda fəal iştirak etdi. Anketdəki maddələr müasir ekoloji durumla ayaqlaşırdı. Düşündürücü və təbiətə məhəbbətə sövq edən idi. Şagirdlər ekoloji maarifləndirmə şkalasına əsasən maddələrə rəy bildirdilər.