IX sinif şagirdləri ilə Reproduktiv Sağlamlıq mövzusunda IV məşğələ keçirildi
15.04.2024-cü il tarixində məktəbin psixoloqu Könül İbrahimova və həkimi Rüxsarə Quliyeva tərəfindən IX sinif şagirdləri ilə Reproduktiv Sağlamlıq mövzusunda IV məşğələ keçirildi. Məşğələnin mövzusu "Yeniyetmələrin sirləri" olub. Məşğələ qruplarla iş, viktorina, müzakirə formasında təşkil olundu. Şagirdlər hazırladıqları təqdimatda cinsi yetkinlik dövründə onlarda baş verən anatomik və fizioloji dəyişiklikləri şərh etdilər. Şagirdlər şəxsi gigiyena vərdişlərinin inkişaf etdirilməsi və onlarda baş verən anatomik və fizioloji dəyişikliklərə onların psixoloji hazırlığı mövzusunda məlumatlandırıldılar.