"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlər davam edir

  12.04.2024-cü il tarixində məktəbin UBTR- i Pərvanə Salmanova və biologiya müəllimi Vüsalə Həsənquliyevanın təşkilatçılığı ilə VI sinif şagirdlərinən "Ağaclar yaşıllıq, yaşıllıqsa xoşbəxtlik gətirər" adlı maarifləndirici söhbət aparıldı. Məqsəd şagirdlərə təbiətin kiçik bir parçası olduğumuzu çatdırmaq, təbiəti sevdirmək idi. Şagirdlər bir daha anladılar ki, yaşıllıq olmasa nəfəs aldığımız hava təmiz olmaz, çaylar, bulaqlar quruyar. Hamı ağac əkməklə, heyvanlara qayğı göstərməklə, suyu, havanı çirklənmədən qorumaqla ekologiyaya öz töhfəsini verə bilər. İnsanlar ağacı kəsməklə tək ağacı məhv etmir, eyni zamanda quşları, həşəratları, balıqları da məhv edir. Bütün canlı orqanizmlər ziyan çəkir. Təbiət bizim evimizdir, onu sevək və qoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi