"Meyvələrin söhbəti"
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar "Məhəmməd Füzuli ayı" layihəsinə qoşularaq 09.04.2024-cü il tarixində məktəbin Ia və Ib sinflərində "Meyvələrin söhbəti" mövzusu şagirdlərin təqdimatında səhnələşdirildi. Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə tanış etməkdir.