Məktəbdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi

  Məktəbin illik fəaliyyət planına əsasən 06.04.2024-cü il tarixində məktəbimizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Vlll sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. İclasda məktəbin təlim-tərbiyə işlər üzrə direktor müavini, psixoloq, Uşaq Birliyi təşkilat rəhbəri, sinif rəhbərləri iştirak etdi. İclasda qeyd edildi ki, məktəbimizdə tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Məktəbin psixoloqu şagirdlərin psixoloji dayanıqlılığının artırılması, bullinq, intihar hallarının yaranmasından, profilaktik tədbirlərin görülməsindən, uşaq birliyi təşkilat rəhbəri məktəb- valideyn əməkdaşlığından, şagird davranış qaydalarından, şagirdlərin bir-birinə qarşı münasibəti, neqativ hallar olarsa birlikdə aradan qaldırılmasının vacib olmasından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi