31 Mart - Azərbaycanlıların Soyqırım Günüdür
1918- ci ildə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımdan 106 il ötür. Bu məqsədlə 30.03.2024-cü il tarixində məktəbin UBTR-i Salmanova Pərvanə şagirdlərlə söhbətlər aparmış, bir yerdə divar qəzeti hazırlamışlar. Məqsəd gənc nəslə tariximizin həqiqətlərini çatdırmaq, vətənpərvərlik hissini aşılamaq idi. Söhbət zamanı ermənilərin törətdikləri vəhşiliklərdən, kütləvi qırğınlardan danışıldı və bu soyqırımın Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli, ən qanlı hadisələrdən biri olduğu qeyd edildi. Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. Ruhları şad olsun!