Mart Soyqırımı anıldı

  30.03.2024-cü il tarixində məktəbin illik fəaliyyət planına əsasən 1918-ci ildə xalqımıza qarşı baş vermiş Soyqırım hadisəsi ilə əlaqədar olaraq debat dərs keçirildi. IX sinif şagirdlərinin iştirakı ilə baş tutan debat dərsdə məktəbin tarix müəllimləri, direktor və direktor müavini iştirak edirdilər. Şagirdlər Mart Soyqırımının baş vermə səbəbləri və nəticələri haqqında fikir mübadiləsi etdilər. Müəllimlər və məktəb rəhbərliyi şagirdlərə vətənimizin tarixini dərindən öyrənmək, xalqımıza qarşı törədilən faciələri heç zaman unutmamağı tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi