"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Ətraf mühiti qoruyaq və gözəlləşdirək" adlı iməcilik aksiyası

  27.03.2024-cü il tarixində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbdə "Ətraf mühiti qoruyaq və gözəlləşdirək" adlı iməcilik aksiyası keçirildi. Aksiyanın keçirilməsində əsas məqsəd şagirdlərdə ətraf mühitin qorunması, ekologiya mədəniyyətinin inkişaf etdirilməsi olmuşdur. Bu məqsədlə məktəbin UBTR-i Salmanova Pərvanə və fiziki tərbiyə müəllimi Səidova Bellanın təşkilatçılığı ilə şagirdlər Balaxanı qəsəbəsində yerləşən parkda olmuş, təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllaşdırmaq, ekologiyanı qorumaq məqsədilə park yabanı bitkilərdən, çör-çöpdən təmizləndi və bitkilərə qulluq edib yeni gül kolları əkildi.

Eləcə də şagirdlər ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhunu yad edib, abidə önünə gül dəstələri qoydular.

Yaşıllıq-sağlam həyatın təminatçısı, sağlam gələcəkdir.

Yaşıl dünya naminə həmrəy olaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi