“Bahar nə xoş gəlir, ruha dad verir" adlı tədbir keçirildi

  19.03.2024-cü il tarixində “Milli-mənəvi dəyərlərimiz” çərçivəsində məktəbin Ie, IIc  sinifləri ibtidai sinif müəllimləri Məmmədova Flora və Qədimova Zeynəbin təşkilatçılığı ilə adət-ənənələrimizi əks etdirən Sariban Milli Dekor evində “Bahar nə xoş gəlir, ruha dad verir" adlı tədbir keçirildi.

Şagirdlər yazın ilk gəlişi, torpağın oyanışı haqqında məlumatlandılar. Novruz bayramının milli adət-ənənələrindən olan xonçanın bəzədilməsi, yumurtanın döyüşdürülməsi, Kosa və Keçəlin müxtəlif oyunları  şagirdlərə çox xoş oldu.

Şagirdlər şeir, yanıltmac, hakışta söylədilər.

Məqsəd şifahi xalq ədəbiyyatının nümunələrini öyrətmək  və xalqımızın tarixi, keçmişi, adət-ənənələri haqqında onlara məlumat verməkdən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi