"Elmizə bahar gəlir"

  18.03.2024-cü il tarixində"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində şagirdləri Milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, yaradıcı düşünmək meyllərini gücləndirmək, dəyərlərimizi qorumaq məqsədilə məktəbdə "Elmizə bahar gəlir"adlı tədbir keçirildi.

Ənənəyə sadiq olaraq tədbir Azərbaycan himni ilə başladı. Tədbirdə aparıcılar Novruz bayramı öncəsi qeyd olunan çərşənbələr haqqında geniş məlumat verdi. Novruzun-təbiətin oyanması əsl dünyəvi bayram olduğu vurğulandı.

Milli rəqslərmiz olan “Arşın mal alan”, Sarı gəlin”, “Səməni”,”Yallı”, Nəlbəki” rəqsi şagirdlər tərəfindən böyük həvəslə ifa olundu. Bayramın simvolu olan kosa və keçəlin məclisə gəlişi, duzlu-məzəli zarafatları hər kəsdə yumor doğurdu, güluş hissi yaratdı. Bahar qızı ōz uğurlu qədəmlərini ana torpağa basmaq üçün qədim minik aləti olan bəzədilmiş faytonda daxil olması tədbirdə bōyük maraq doğuran məqamlardan idi. Tədbir sonunda Dədə Qorqud ōz qopuzu ilə səhnəyə daxil olaraq millətimizə xeyir-duasını verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi