"Elin əziz bayramı-Novruz" adlı tədbir keçirildi

  18.03.2024-cü il tarixində məktəbin IV sinif şagirdlərinin iştirakı ilə "Elin əziz bayramı-Novruz" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak edirdi. Şagirdlər İlaxır çərşənbəsi və Novruz bayramı haqqında maraqlı, rəngarəng çıxışlar təqdim etdilər. Şagirdlərin ifasında rəqslər ifa olundu.  Şagirdlərin çıxışları alqışlarla qarşılandı. Məktəbin direktoru Faiq Məmmədov çıxış edərək Novruz bayramı haqqında şagirdlərə məlumat verdi və bu bayram münasibətilə öz təbriklərini şagirdlərə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi