“8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ” münasibəti ilə tədbir keçirildi

  07.03.2024-cü il tarixində məktəbin III sinif müəllimlərinin təşkilatçılığı ilə şagirdlər arasında “8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ” münasibəti ilə tədbir keçirildi. Şagirdlər tarixdə öz xüsusi mövqeyini tutmuş qadın şəxsiyyətlərini xatırlatmaqla  qadının zərif olmağına baxmayaraq, güclü olduğunu da diqqətə çatdırdılar. "Görüş" filmində qadının zəhmətinə aid çəkilmiş fraqment balacaların təqdimatında bir daha xatırlandı. Analarımızın hər zaman bizim xeyrimizə işlətdiyi əvəzsiz məsəllər, ifadələr körpələrin dilində səsləndi.

  Tədbirin sonunda məktəbin direktoru Faiq Məmmədov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Raziyə Məmmədova və Aida Aliyeva öz ürək sözlərini dilə gətirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi