Şəhid anaları ilə görüş
02.03.2024-cü il tarixində məktəbdə Şəhid ilə anaları görüş keçirildi. Məktəbin ibtidai sinif müəllimi Samirə Kərimovanın təşkilatçılılğı ilə baş tutan tədbirə 20-dən çox şəhid anası dəvət olunmuşdur. Tədbirdə Şəhidlərimizin keçdiyi döyüş yolundan fəxarətlə danışılmış, xatirələr söylənilmişdir. Məktəbin şagirdləri qəhrəmanlarımızın şərəfinə şeirlər söyləyib, nəğmələr ifa etdilər. Məktəbin direktoru Faiq Məmmədov, direktor müavinləri və müəllimlər şəhid analarını qarşıdan gələn “8 Mart Beynəlxalq Qadınlar Günü” və Novruz bayramı münasibətilə təbrik etdilər. Tədbirdə bayram əhval-ruhiyyəli nəğmələr səsləndi, rəqs nümunələri nümayiş etdirildi.